İdman

AFFA "Krasnodar"ın iki futbolçusunu milliləşdirdi

10 Dekabr 2018 14:17
3 Şərh     Baxış: 1 734
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "Krasnodar" klubunun daha iki oyunçusu Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisində çıxış etməyə razılıq verib.

Milli.Az xəbər verir ki, bu barədə report-a açıqlamasında yığmanın baş məşqçisi Vüqar Məmməd bildirib. V.Məmmədin sözlərinə görə, bunlar Azərbaycandan Rusiyaya köçən ailələrin övladları olan Sergey Peterson və Ruslan Pidlisnyakdır. 2001-ci il təvəllüdlü futbolçular müvafiq olaraq yarımmüdafiəçi və müdafiəçi mövqelərində çıxış edirlər.

İndiyə qədər Rusiyanın müxtəlif yaş qrupları üzrə yığmalarına çağrılan hər iki oyunçu millinin növbəti toplanışına dəvət alacaq.

Qeyd edək ki, bunadək "Krasnodar"ın gənclər komandasından hücumçu Ruslan Ərzumanov Azərbaycanın U-19 yığmasına çağırılıb. Bu futbolçu da növbəti toplanışda yer alacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.