İdman

"Qarabağ" sabah Londona gedir

10 Dekabr 2018 13:00
0 Şərh     Baxış: 1 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dekdabrın 13-də UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda İngiltərə "Arsenal"ının qonağı olacaq "Qarabağ" komandasının səfər proqramı bəlli olub.

Milli.Az xəbər verir ki, bu barədə report-a Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib. Azərbaycan çempionu dekabrın 11-də saat 18:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan çarter reysi ilə Londona yola düşəcək.

Baş məşqçi Qurban Qurbanovun dekabrın 12-ə nəzərdə tutulan oyunöncəsi mətbuat konfransı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Komandanın açıq məşqi isə saat 23:00-a təyin edilib.

Qeyd edək ki, Londondakı "Emireyts" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Bu komandalar arasında Bakı Olimpiya Stadionunda baş tutan oyun "Arsenal"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.