İdman

Məsut Özil sağaldı - “Qarabağ”a qarşı oynayacaq?

10 Dekabr 2018 12:24
0 Şərh     Baxış: 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ"la qarşılaşacaq "Arsenal" oyunun hazırlıqlarına başlayıb. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, London klubunun zədəli yarımmüdafiəçisi Məsut Özil də artıq sıraya qoşulub.

Son dəfə bir ay əvvəl - noyabrın 11-də "Vulverhempton"la matçda meydana çıxan almaniyalı futbolçu dörd oyunu buraxıb. Türk əsilli futbolçu dünəndən komanda ilə birgə məşqlərə başlayıb. Onun "Qarabağ"la oyunda iştirak edib-etməyəcəyi fiziki hazırlıq üzrə məşqçinin rəyindən asılıdır.

Qeyd edək ki, "Arsenal" - "Qarabağ" oyunu dekabrın 13-də Londondakı "Emireyts" stadionunda keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.