İdman

Olimpiya çempionumuz Rusiyada min dollar qazandı

10 Dekabr 2018 11:34
1 Şərh     Baxış: 952
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali Osetiyanın paytaxtı Vladiqafqazda sərbəst güləş üzrə "Alans" turniri keçirilib.

Milli.Az Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynovun rəhbərliyi altında olimpiya və dünya çempionu Şərif Şərifov və Məhəmmədhacı Xatiyev (hər ikisi 92 kq) yarışda ölkəmizi təmsil edib.

Aslanbek Alborov son anda zədə üzündən xalça üzərinə çıxa bilməyib.

Şərifov bürünc medal qazanaraq, 1000 dollar pul mükafatına sahib çıxıb, Xatiyev isə 1/8 finalda mübarizəni dayandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.