İdman

Fransada aksiyaya görə daha 2 futbol matçı təxirə salındı

10 Dekabr 2018 11:15
0 Şərh     Baxış: 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Fransa Liqasında XVII turun daha iki oyunu təxirə salınıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu günə nəzərdə tutulan "Anje" - "Bordo" və "Nim" - "Nant" matçları Fransa hökumətinin tələbi ilə başqa tarixdə keçiriləcək. Buna ölkədə yanacağın bahalaşmasına etiraz olaraq davam edən aksiyalar səbəb olub.

Qeyd edək ki, daha öncə XVII turun "Monako" - "Nitsa", "Sent-Etyen" - "Marsel", "Tuluza" - "Lion" və PSJ - "Monpelye" görüşləri də eyni səbəbdən təxirə salınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.