İdman

Libertadoresin tarixi finalı - Kubok "River Pleyt"indir - VİDEO - FOTO

10 Dekabr 2018 10:14
0 Şərh     Baxış: 1 511
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Libertadores" kubokunun sahibi müəyyənləşib.

Milli.Az xəbər verir ki, həlledici oyunda Argentinanın iki nəhəng klubu, əbədi rəqiblər "River Pleyt"lə "Boka Xuniors" üz-üzə gəlib. Libertadores kuboku tarixində ilk dəfə Buenos Ayresin barışmaz rəqibləri finalda qarşılaşırdı.

Bu komandalar arasında "La Bombanero"da baş tutan ilk final matçında 2:2 hesabı qeydə alınmışdı. "River Pleyt"in meydanında keçirilməli olan cavab qarşılaşması isə müxtəlif problemlər səbəbindən gerçəkləşən təxirəsalmalara görə İspaniyanın paytaxtı Madridin "Santyaqo Bernabeu" stadionunda baş tutub. 

Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Əlavə vaxtda 2 qol vuran "River Pleyt" kuboku muzeyinə aparıb.

Elçin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Libertadores Kubokunu bu dəfə

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.