İdman

Şərif Şərifov Rusiyada bürünc medal qazanıb

9 Dekabr 2018 22:58
0 Şərh     Baxış: 1 242
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali Osetiyanın paytaxtı Vladiqafqazda (Rusiya) sərbəst güləş üzrə "Alans" turniri keçirilib.

Milli.Az "Report"a istinadən bildirir ki, yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynovun rəhbərliyi altında olimpiya və dünya çempionu Şərif Şərifov və Məhəmmədhacı Xatiyev (hər ikisi 92 kq) yarışda ölkəmizi təmsil edib.

Aslenbek Alborov son anda zədə üzündən xalça üzərinə çıxa bilməyib. Digər təmsilçilərimizə gəlincə, Xatiyev 1/8 finalda mübarizəni dayandırıbsa, Şərifov bürünc medal qazanaraq, 1000 dollar pul mükafatına sahib çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.