İdman

"Zirə"nin baş məşqçisi 0-6 hesablı məğlubiyyət barədə: "Futbolçularla sabah danışacağıq"

9 Dekabr 2018 22:54
0 Şərh     Baxış: 1 129
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Deyiləsi bir şey yoxdur. Oyunun taleyi ilk hissədə həll olundu. Matça pis başlamadıq. Səhvlər etdik. Hər şey əlimizdən çıxdı. "Qarabağ"a qarşı bu cür səhvlər olursa, onlar bağışlanmır. Bu bizə dərs olsun. İndi danışmaq çox çətindir. Yaxşı ki, bu məğlubiyyət ilin son oyununda oldu. Təəssüflər olsun ki, pis nəticədir. İki kubok oyunumuz qalıb. Analiz etmək üçün vaxtımız olacaq. Çalışacağıq ki, nələrisə dəyişək".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu "Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XIV turunda evdə "Qarabağ"a 0:6 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyil.

40 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

Komandanı tərk edəcək futbolçular müəyyənləşibmi?

- Buna iki kubok matçından sonra aydınlıq gələcək.

Səhv etmiriksə, bu sizin baş məşqçi karyeranızda ən böyükhesablı məğlubiyyətinizdir.

- Ola bilər. Futbolçuları etdikləri səhvlərə görə qınamaq lazımdır. Amma burada hər şeyi üzərimdən atıb tamadalıq da etmək istəmirəm. Futbolçu matça çıxanda sanki, öz dünyasındadır. Səhvlər edir və bu da qollara gətirib çıxarır. Bilmirəm ki, oyunçular qarşılaşma vaxtı nə fikirləşirlər.

Görüş başa çatandan da sonra əsəbi görünürdünüz. Qurban Qurbanovun da əlini sıxmadınız.

- Əsəbiləşmişdim. Rəqib baş məşqçi gərək üzürlü hesab etsin. Onu qələbəyə görə təbrik edirəm. Futbolçularla sabah danışacağıq. 3-4 nəfərlə ayrı söhbətimiz olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.