İdman

“Futbolu bilən yeganə insan Qurbanov idi, o da getdi” - Kamran Ağayev

9 Dekabr 2018 21:34
2 Şərh     Baxış: 1 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çoxları elə bilir ki, mənim Qurban Qurbanovla aramda problem var, amma bu, belə deyil.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, bu sözləri milli komandamızın və "Keşlə"nin qapıçısı Kamran Ağayev deyib. 32 yaşlı qolkiper milli komandamızın baş məşqçisi Qurban Qurbanovun postundan getməsinə münasibət bildirib:

"Onunla münasibətim indi də yaxşıdır. O, futbolda mənə ilk güvənənlərdən olub, kapitanlıq bazubəndini verib. Qurban Qurbanovun sayəsində ikinci dəfə karyeramı bərpa etmişəm. Futbolu bilən yeganə insan Qurbanov idi, o da getdi".

Qeyd edək ki, Kamran Ağayev yığmamızın Farer adaları ilə oyununda zədə alıb və Kosovo səfərinə öz istəyi ilə yollanmayıb. Təcrübəli qolkiper bu hərəkətinə görə tənqidlərə məruz qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.