İdman

Millimiz üçün yeni baş məşqçi - Baş katib Parisə gedir

9 Dekabr 2018 18:10
1 Şərh     Baxış: 2 290
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qurban Qurbanovun Azərbaycan millisindən ayrılmasından sonra yığmamızın yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

Milli.Az bildirir ki, yenicag.az-ın əldə etdiyi özəl məlumata görə, artıq AFFA rəhbərliyi hərəkətə keçib.

Qurumun baş katibi Elxan Məmmədov yeni baş məşqçi ilə danışıqlar üçün Fransanın paytaxtı Parisə gedəcək. O, italiyalı mütəxəssis Covanni de Byazi ilə görüşəcək. Tərəflərin hansı qərar verəcəyi yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, 62 yaşlı italiyalı mütəxəssis son olaraq İspaniyanın "Alaves" klubunu çalışdırıb. O, bundan əvvəl Albaniya millisinə rəhbərlik edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.