İdman

“Qalatasaray” öz meydanında xal itirib - FOTO

8 Dekabr 2018 23:43
0 Şərh     Baxış: 1 439
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Türkiyə Superliqasında 24 xalla dördüncü pillədə qərarlaşan "Qalatasaray" komandası 15-ci turda öz meydanında "Rizespor" ilə heç-heçə edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İstanbul təmsilçisinin aşkar üstünlüyü şəraitində keçən görüşdə hesabı 40-cı dəqiqədə ev sahiblərinin heyətində Qeri Rodriqes açıb. Matçın 58-ci dəqiqəsində Eren Derdiyok "Qalatasaray"ın üstünlüyünü iki topa çatdırıb. Lakin qonaqlar 67-ci dəqiqədə Aminu Umarın, 13 dəqiqə sonra isə Brayan Samudionun qolları ilə matçda tarazlığı təmin ediblər.

Beləliklə, Fatih Terimin yetirmələri Superliqada doğma meydanda ardıcıl dördüncü dəfə heç-heçə ediblər.

Turun digər görüşündə "Trabzonspor" komandası "Konyaspor"u (3:0), "Sivasspor" isə "Göztəpə"ni (2:0) məğlub edib.

Çempionata 30 xalla "İstanbul Başakşəhər" komandası liderlik edir. İkinci sıradakı "Kasımpaşa"nın 26 xalı var. Hər iki kollektiv bir oyun az keçirib. Hər birinin aktivində 25 xal olan "Beşiktaş", "Trabzonspor" və "Qalatasaray" komandaları müvafiq olaraq 3-5-ci yerləri bölüşdürürlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.