İdman

AFFA Lippertlə yolları ayırır

8 Dekabr 2018 23:13
0 Şərh     Baxış: 994
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AFFA-nın texniki direktoru, aşağı yaş qrupları üzrə yığmaların koordinatoru Bernard Lippert gələn il ölkəmizdən ayrıla bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə federasiyanın baş katib Elxan Məmmədov İcraiyyə Komitəsinin bugünkü iclasından sonra keçirilən birfinqdə məlumat verib. O bildirib ki, alman mütəxəssisin müqaviləsi gələn il başa çatacaq. Ola bilər ki, o, gələn il Azərbaycanı tərk etsin. E. Məmmədov Lippertin əvəzinə ölkə xaricindən yeni mütəxəssis gətiriləcəyini də istisna etməyib.

Qeyd edək ki, Lippert 2008-ci ildən ölkəmizdə çalışır. O, müxtəlif vaxtlarda U-21, U-19 və U-17 yığmlarına da başçılıq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.