İdman

“Qalatasaray” Balotelli üçün hərəkətə keçdi

8 Dekabr 2018 18:34
0 Şərh     Baxış: 350

"Nitsa"nın futbolçusu Mario Balotellinin mövsümün sonunda komandanı tərk edəcəyini xəbər vermişdik.  

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "Qalatasaray" italiyalı futbolçunu heyətinə qatmağa hazırlaşır. Cari mövsümün sonunda Fransa təmsilçisi ilə müqaviləsi bitəcək 28 yaşlı hücumçu, yanvar ayından etibarən başqa klublarla danışıqlar apara və mövsümün sonunda azad agent kimi transfer oluna bilər. Amma "cim-bom" yanvar ayında az məbləğdə pul ödəyərək, futbolçunun keçidini yekunlaşdırmaq istəyir.

İki klub rəsmilərinin gələn həftə danışıqlar masasına əyləşəcəkləri bildirilir.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.