İdman

Lukaku "Mançester Yunayted"i tərk etmək istəyir

8 Dekabr 2018 14:04
0 Şərh     Baxış: 730

Belçika milli komandasının futbolçusu Romelu Lukaku İngiltərənin "Mançester Yunayted" klubunu tərk etmək istəyir.

Milli.Az "report"a istinadən xəbər verir ki, buna səbəb 25 yaşlı hücumçunun baş məşqçi Joze Mourinyo ilə aralarında olan münaqişənin get-gedə dərinləşməsidir. Lukaku klubun start heyətinə az-az düşməsindən narazıdır. O, daha çox oynaya biləcəyi komanda tapmaq niyyətindədir.

Qeyd edək ki, Romelu Lukaku "Mançester Yunayted"ə 2017-ci ildə "Everton"dan keçib. Cari mövsümdə o, 14 oyun ərzində 5 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Əvvəllər Lukaku Belçikanın "Anderlext", İngiltərənin "Çelsi" və "Vest Bromviç" komandalarında forma geyinib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.