İdman

"Neftçi" seneqallı futbolçu transfer etdi

8 Dekabr 2018 11:34
1 Şərh     Baxış: 419

"Neftçi" PFK qısa zaman kəsiyində daha bir transferi həyata keçirib.

Milli.Az xəbər verir ki, seneqallı futbolçu Mamadu Mbodj ilə 2,5 illik müqavilə bağlanıb.

25 yaşlı mərkəz müdafiəçisi "ağ-qaralar"ın heyətində 3 nömrəli formanı geyinəcək.

Sonuncu klubu "Jalgiris" (Litva, 2016-2018) olan Mbodj "Dakar Sakre Kour" (Seneqal, 2011-2014), "Srvena Zvezda" (Serbiya, 2014-2016), "Napredak" (Serbiya, 2014) komandalarında da çıxış edib. "Jalgiris"lə Litva çempionatının (2016), kubokunun (2015/2016, 2016) və Superkubokunun (2016, 2017) qalibi olan futbolçu Seneqalın U-20 və U-23 milli komandalarının da şərəfini qoruyub.

Qeyd edək ki, bir neçə gün əvvəl qvineyalı mərkəz yarımmüdafiəçisi Mamadu Kane ilə 3 illik müqavilə bağlanmışdı.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Rasim · 8 Dekabr 18:1600

    Xeyirıi olsun

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.