İdman

Sabiq alman futbolçudan şok etiraf: Fiziki testlərə xanımını göndərib

8 Dekabr 2018 11:44
0 Şərh     Baxış: 1 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uzun müddət "Bayer"in (Leverkuzen) şərəfini qoruyan və keçən mövsüm futbolçu karyerasını bitirən Stefan Kisslinq maraqlı etiraf edib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, sabiq alman forvard yeni mövsüm başlamamışdan əvvəl klublar tərəfindən aparılan yoxlama testlərini sevmədiyini və test üçün öz əvəzinə həyat yoldaşı Norinanı göndərdiyni etiraf edib:

"Mövsümöncəsi düşərgələrdə heç vaxt yüzdə yüz nəticə göstərməmişəm. Qaçış "performans"ını ölçən dözümlülük testləri aparılırdı. Həyat yoldaşım atlet olduğu üçün çox zaman mənim əvəzimə həmin testlərə o qatılırdı. Nəticələr o qədər yaxşı çıxırdı ki, heç kim şübhələnmirdi".

Karyerasını bitirdikdən sonra istirahət etdiyini bildirən sabiq futbolçu, "Futbolçu karyeramı bitirdikdən sonra tətilə getməyimizə ehtiyac oldu. Bir müddət əvvəl Meksikada idik. Həyat yoldaşıma həmin gün idman etməyəcəyimi, bir az dəniz sahilində qalmaq istədiyimi dedim. Həqiqətən, çox gözəl bir hiss imiş" deyib.

Sabiq almaniyalı futbolçu 2006-2018-ci illərdə "Bayer"in şərəfini qoruyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.