İdman

"Arsenal"da zədə şoku - Mövsümü başa vurdu

7 Dekabr 2018 17:39
0 Şərh     Baxış: 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasında mübarizə aparan "Arsenal" şok itkiylə üzləşib.

Milli.Az xəbər verir ki, Unai Emerinin gəlişindən sonra əsas heyətdə yerini möhkəmlədən Rob Holdinqdən üzücü xəbər gəlib. Premyer Liqanın 15-ci turunda "Mançester Yunayted"lə səfər matçında zədələnən müdafiəçinin ön çarpaz bağlarının qopduğu məlum olub. 23 yaşlı futbolçu ən azı 9 ay yaşıl meydanlardan kənar qalacaq.

Qeyd edək ki, İngiltərə millisinin üzvü cari mövsüm 16 oyunda forma şansı qazanıb. Holdinq Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı 90 dəqiqə oynamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.