İdman

Qrizmann "Bavariya" yolunda

7 Dekabr 2018 14:09
0 Şərh     Baxış: 791

"Bavariya" Antuan Qrizmannı heyətinə cəlb etməyi planlaşdırır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Münhen təmsilçisi İspaniya "Atletiko"sunda çıxış edən fransalı hücumçunu 2019-cu ilin yayında transfer etmək niyyətindədir.

27 yaşlı Antuan özündən 7 yaş böyük olan cinah yarımmüdafiəçisi Aryen Robbeni əvəzləməlidi. Müqaviləsi yayda başa çatan hollandiyalının yerinə alınacaq Qrizmannın qiyməti isə çox yüksəkdi. Onun müqaviləsində bu məbləğ 200 milyon avro ilə ifadə olunur.

Qeyd edək ki, Antuan "Qızıl top" mükafatının səsverməsində 3-cü yeri tutub.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.