İdman

Avropada həftənin ən maraqlı oyunları - AFİŞA

7 Dekabr 2018 12:48
0 Şərh     Baxış: 1 291

Həftəsonu Avropanın aparıcı ölkələrinin çempionatlarında bir-birindən maraqlı oyunlar keçiriləcək.

Milli.Az Top Liqalarda ən çox diqqət çəkən qarşılaşmaları təqdim edir.

"Yuventus" - "İnter"

Mövsümə möhtəşəm start verən "Yuventus"un bu həftə qonağı "İnter" olacaq. 14 oyunda 13 qələbə qazanıb 1 dəfə heç-heçə edən turinlilər 40 xalla zirvədədir. Massimiliano Alleqrinin yetirmələri bu oyunda da uğurlu seriyalarını davam etdirməyə çalışacaq. "İnter" isə 29 xalla 3-cü pillədədir. Son turda "Roma" səfərindən 1 xalla qayıdan milanlılar "Yuventus"la oyunda qələbə qazanmaq istəyir. "İnter" qalib gəlsə, liderlə xal fərqini 8-ə endirəcək. "Yuventus" - "İnter" görüşü bu gecə Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

"Çelsi" - "Mançester Siti"

Həftənin ən çox maraqla gözlənilən oyunu adlandıra bilərik. Premyer Liqada zirvəni yaxından maraqlandıran oyunda "Çelsi" öz meydanında "Mançester Siti"ni qəbul edəcək. 2 gün öncə "Volverhempton" səfərindən xalsız dönən "Çelsi" yalnız qələbə haqda düşünür. "Zadəganlar"ın baş məşqçisi Maurisio Sarri də açıqlamasında "əsl potensialımızı "Mançester Siti" ilə oyunda göstərəcəyik" deyib. 41 xalla 1-ci pillədə olan "Mançester Siti" də məğlubiyyətsiz oyunlarını davam etdirib liderliyini qorumaq əzmindədir. Sarri-Qvardiola dueli 8 dekabr tarixində sat 21:30-da baş tutacaq.

"Bornmut" - "Liverpul" 

Premyer Liqada həftənin maraqlı oyunlarından biri də "Bornmut"la "Liverpul" arasında olacaq. 7-ci pilədə olan ev sahibləri avrokuboklara vəsiqə qazanmaq üçün mübarizəni davam etdirir. "Maçester Siti"dən 2 xaql geri olan "Liverpul"un hədəfi qələbədir. "Şəhərlilər" "Çelsi" ilə oyunda büdrəsə "Liverpul" lider olacaq. Möhtəşəm hücum xəttinə malik olan Yurgen Kloppun komandası çətin səfərdən xal itirmədən qayıtmağın planlarını qurur. "Bornmut" - "Liverpul" matçı sabah saat 16:30-da start götürəcək.

"Espanyol" - "Barselona"

Kataloniya derbisi hər zaman maraqlı və prinsipiallığı ilə seçilib. Lider "Barselona" mövsümə uğurlu başlayan "Espanyol"un qonağı olacaq. Meydan sahibləri qələbə qazansa 4-cü pilləyə yüksələ bilər. Bu mvində keçirdiyi 6 oyunda 5 qələbə qazanan "Espanyol" "Barselona"nı da xalsız yola salmaq niyyətindədi. "Barselona" isə 28 xalla 1-ci pillədədir. Ən yaxın izləyicisi "Sevilya"dan 1 xal öndə olan Ernesto Valverdenin yetirmələrini xal itkisi liderlikdən edə bilər. "Espanyol" - "Barselona" matçı 8 dekabr saat 23:45-də keçiriləcək.

"Hueska" - "Real"

Mövsümə uğursuz başlayan "Real" artıq qələbə seriyasına başlamaq istəyir. Son oyunda "Valensiya"ya qalib gələn "kral klubu" uğrulu çıxışın davam etirib zirvəyə yaxınlaşmaq niyyətindədir. 7 xalla sonuncu pillədə olan "Hueska" da "Real" kimi mövsüm ərzində baş məşqçi dəyişən komandalardandır. Leo Frankonu istefaya göndərən komanda Fransisko Rodriqesin rəhbərliyi altında uğurlu nəticələr qazanmaq istəyir. "Hueska" - "Real" görüşü bazar günü saat 19:15-də baş tutacaq.

"Şalke" - "Borussiya"

Həftənin ən maraqlı oyunlarından biri də Almaniyadadır. Əzəli rəqiblər "şalke" və "Borussiya" üz-üzə gələcək. Rur derbisində favorit dortmundlulardır. Mövsümə fırtına kimi başlayan "Borussiya" məğlubiyyət üzü görməyib. 33 xalla lider olan "arılar" ən yaxın izləyicisi Münhenqladbax "Borussiya"sından 7 xal öndədir. "Şalke"yə gəlincə Domeniko Todeskonun komandası 14 xalla 12-ci pillədədir. Almaniyanın və dünyanın ən məşhur derbilərindən biri olan bu oyun şənbə günü saat 18:30-da start götürəcək.

"Bavariya" - "Nürnberq"

Uğursuz çıxışı ilə azarkeşlərini pərişan edən Münhen təmsilçisi köhnə günlərindən uzaqdır. Hər zaman zirvədə görməyə alışdığımız komanda 4-cü pillədədir və lider "Borussiya"dan 9 xal geri qalır. Niko Kovaçın rəhbərliyi altında Bundesliqada istədiyi nəticələri əldə etməyən "Bavariya" pis gedişata son qoymaq istəyir. Münhenlilər qələbə qazanaraq 2-ci pilləyə yüksələ bilər. "Nürnberq" isə Bundesliqanın autsayderlərindəndir. 11 xalı olan kollektiv 15-ci yerdədir və komandanı son pillədən, sadəcə, 2 xal ayırır. "Bavariya" - "Nürnberq" görüşü sabah saat 18:30-dadır.

"Akhisarspor" - "Fənərbağça"

Türkiyə Super Liqasında həftənin ən vacib matçlarından biridir. Liqada qalmaq uğrunda mübarizə aparan klubların dueli maraqla gözlənilir. "Fənərbağça" 14 xalla 15-ci, "Akhisarspor" isə 13 xalla 16-cı sıradadır. Bu görüşə zarafatla "El Kümessiko" da deyirlər. "Akhisarspor" - "Fənərbağça" oyunu bazar günü saat 20:00-da keçiriləcək.

Elçin Əlixan
Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.