İdman

Məşqçilərin yeni reytinqi: Qurbanov və Bordin irəlilədi

7 Dekabr 2018 11:54
0 Şərh     Baxış: 1 245
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "World Coach Ranking" saytının təqdim etdiyi siyahıda millimizin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 1073 xalla 452-ci pillədə yer alıb. Qurbanovun ötən siyahı ilə müqayisədə 3 pillə irəliləyib.

"Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 123 xalla 968-ci pillədə qərarlaşıb. İtaliyalı mütəxəssis ötən siyahı ilə müqayisədə 8 pillə irəliləyib.

Qeyd edək ki, siyahıya "Barselona"nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. 2-ci pillədə  "Atletiko"nun çalışdırıcısı Dieqo Simeone qərarlaşıb. "Qremio"nun baş məşqçisi Renato Qauço isə 3-cüdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.