İdman

"Qəhqəhə qazı" çəkən "Arsenal" futbolçuları - Özil huşsuz vəziyyətdə divanda, Mixitaryan... - FOTO

7 Dekabr 2018 11:40
0 Şərh     Baxış: 2 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Londondakı gecə klubunda kameraya düşən görüntülər qalmaqal yaradıb.

Milli.Az xəbər verir ki, The Sun-ın əldə etdiyi videoda "Arsenal" futbol klubunun məşhur oyunçularının (Məsud Özil, Aleksandr Lakazet, Pierr-Emerik Obameyanq, Metteo Quendouzi, və Sead Kolasinak) gecə "əyləncə"si əks olunub.

"Mayfair"dəki "Tape" klubuna girən futbolçular "qəhqəhə qazı" adlanan narkotik tərkibli maddə iyləyiblər.

Görüntülərə görə, Məsud Özil və Quendouzi maddənin təsirindən özündə olmayıblar. O, fotoda huşsuz vəziyyətdə divanda uzanıb.

Özil maddəni qəbul etməzdən əvvəl Mixitaryana da təklif etsə də, erməni futbolçu onun təklifini rədd edib.

Görüntülərin avqust ayında, yeni mövsüm başlamazdan əvvəl çəkildiyi deyilir. İddialara görə, 70 qadının dəvət edildiyi mərasimdə futbolçular 30 min fund-sterlinq hesab ödəyiblər.

Qeyd edək ki, qəhqəhə qazı adlanan "hippi krak"ın istifadəsi qanunla qadağan edilməsə də, İngiltərədə yaşı 18-dən az olanlara bunu satmaq olmaz.

Oksidləşmiş azotdan ibarət olan bu maddə ölümə səbəb ola bilir. Oksigen çatışmazlığına görə onu çəkən şəxs əksər hallarda huşunu itirir.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.