İdman

Mourinyo: Yenə səhvlər etdik

6 Dekabr 2018 21:52
2 Şərh     Baxış: 962
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Premyer Liqanın 15-ci turunda "Arsenal"la qarşılaşdıqları matçdan (2:2) sonra fikirlərini bildirib.

Milli.Az komanda.az-a istinadən bildirir ki, portuqaliyalı mütəxəssis İngiltərə mətbuatına açıqlamasında səhvlərdən qol buraxdıqlarını deyib:

"Dörd qol oldu və hesab 2:2. Hər oyunda olduğu kimi, bu matçda da etdiyimiz səhvlərin cəzasını ödədik.

Futbolçular xarakter göstərdilər, qələbə üçün hər şey etdilər. Onların bu oyunda göstərdikləri xarakter əsl "Mançester Yunayted" səviyyəsindədir".

MY 15 turdan sonra 23 xalla 8-ci pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.