İdman

"İlk hissədə xarakter nümayiş etdirdik" - Aqil Nəbiyev

6 Dekabr 2018 21:13
0 Şərh     Baxış: 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İki fərqli hissə oldu. İlk hissədə xarakter nümayiş etdirdik. İkinci hissənin əvvəlində isə uğursuz bir epizod oldu və hesabda geri düşdük. Bundan sonrakı hadisələr də əleyhimizə işlədi".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Şüvəlan"ın baş məşqçisi Aqil Nəbiyev Azərbaycan kubokunun 1/8 finalında "Keşlə" ilə keçirilən oyundan sonra deyib.

0:3 hesabı ilə uduzaraq turnirlə vidalaşan komandanın çalışdırıcısı uğur qazanacaq gücdə heyətlərinin olmadığını bildirib: "Açığı, bizim komandanın əsasını gənc futbolçular təşkil edir. Geniş heyətimiz yoxdur, qarşıda çempionat oyunu gəlir. Bütün bunları nəzərə alsaq, ilk hissədəki əzmkarlıq məni razı saldı. Bu gün həqiqətən də Premyer Liqa ilə birinci divizion arasında fərq var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.