İdman

“Qəbələ”dən 18 cavabsız qol

6 Dekabr 2018 21:12
0 Şərh     Baxış: 791

"Qəbələ" futbol akademiyasının komandaları AFFA-nın təşkil etdiyi liqalarda növbəti oyunlarını keçiriblər.

Milli.Az komanda.az-a istinadən bildirir ki, Gənclər Liqasında çıxış edən U-19 evdə "Neftçi"ni 3:1 hesabı ilə məğlub edib. U-17 səfərdə "Keşlə"dən güclü olub - 1:0. U-16 İsgəndər Cavadov BFA-nı 8:1 hesabı ilə yenib. "Səbail"lə qarşılaşan U-15 də üç xal qazanıb - 2:1.

Paytaxt zonasında çıxış edən "Qəbələ"ninU-14 komandası İsgəndər Cavadov BFA-nın qapısından 18 cavabsız top keçirib. U-13 isə "Neftçi" PFK-ya uduzub - 0:3.

Şimal-Qərb və Qarabağ regionunun Qəbələdə təşkil olunan matçlarında "Qəbələ" UGİM-i (Yevlax) 9:0, UGİM "Qəbələ" isə UGIM "Rabitəçi"ni (Yevlax) 3:0 hesabı ilə məğlub edib. U-11 Liqasında "Qəbələ" UGİM-ə (Yevlax) 10:1 hesabı ilə qalib gəlib. U-10 Liqasında isə "Qəbələ" UGİM "Qəbələ"dən güclü olub - 9:1. Qızlardan ibarət komanda isə Yüksək Liqada "Fidan" üzərində qələbə qazanıb - 18:0.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.