İdman

“Püşkün nəticəsindən razıyam” - Millimizin baş məşqçisi

6 Dekabr 2018 17:48
0 Şərh     Baxış: 588

Bu gün milli komandamızın elit-raunddakı rəqibləri bəlli olub.

Milli.Az xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Vüqar Məmməd Avropa çempionatının elit-raund mərhələsinin püşkünün nəticələri ilə bağlı AFFA-nın rəsmi saytına fikirlərini bildirib:

"Püşkatmanın nəticələrindən razıyam. İrlandiya, Rusiya və Rumıniya kimi komandalara qarşı oynayacağıq. Bu mərhələyə daha ciddi hazırlaşmalıyıq. Elit-raundda Avropanın ən yaxşı komandaları mübarizə aparır. Burada zəif komanda yoxdur. Demək olar, komandaların hər biri səviyyə baxımından bir-birinə yaxındır. Artıq püşkatmaya qədər potensial rəqiblərimizin hamısının son rəsmi oyunlarını izləmişdik. Ona görə də rəqibləri tanıyırıq və nəyə qadir olduqlarını bilirik".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.