İdman

Nurməhəmmədov qadınlara məsləhət verdi: "Həmişə ərinizi döyün" - VİDEO

6 Dekabr 2018 15:31
7 Şərh     Baxış: 2 087

Qarışıq döyüş növləri (MMA) üzrə rusiyalı döyüşçü Həbib Nurməhəmmədov qadın döyüşçülərə məsləhət verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, idmançının azarkeşlərlə görüşünün olduğu video "REDFURYMMA" "YouTube" kanalında paylaşılıb.

"Qadınlar üçün əla məsləhətim var - öz evinizdə döyüşçü olun. Və bir məsləhət daha - həmişə ərinizi döyün. Onu möhkəm döyün", - H.Nurməhəmmədov bildirib.

Hal-hazırda qadın döyüşçülər üçün ən yaxşı şərait Mütləq Döyüş Çempionatında (UFC) yaradılıb.. Burada 99 qadın idmançı dörd çəki növü üzrə mübarizə aparır.

Rusiyada yüksək səviyyədə qadın döyüşləri keçirilmir. Aparıcı yerli yarışlarda (Fight Nights, M-1 və bu yaxınlarda World Fighting Championship Akhmatla (WFCA) birləşən Absolute Championship Berkut-da (ACB)) qadın divizionları mövcud deyil.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Nurməhəmmədov: Qadınlara əla məsləhətim var

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    G · 6 Dekabr 15:4342

    SEVDIM BU INSANI)) GOZEL MESLEHETDI

    Cavab yaz
  • Anonim
    Предсмертное желание · 6 Dekabr 16:1041

    Habib goresen seni doyen senden nece qat guclu olmalidir)))Sevirem bu doyushchunu

    Cavab yaz
  • Anonim
    Samire · 6 Dekabr 16:34112

    Bu idmanchidi kimdi, amma bunu gormekden artiq gozumuz aqrayir. Maraqli deyil bize.

    Cavab yaz
  • Anonim
    Murad · 6 Dekabr 16:41214

    Bu meger ozunu doyucu hesab edir. Men buna demeye soz tapmiram. Bu doyuscu yox kuce doyuscusudur. Getsin ayilarnan doyussun. Bunun agli olsa idi ozunu biyabir etmezdi. Ringden kenara cixib bokscunu doymezdi. Guya kisilik eleyib. Hele utanmadan agzindaki protezi cixardib reqibin ustene atib. Guya qisas alir. Sonrada deyir ki, men islamafobiyanin qisasini aldim. Eslinde bele etmeknen ozunu gulunc veziyyetine qoydu. Eger bu islamdan danisirsa getsin vehabilerden qisas alsin. Men hec inanmiram. Bunun ozu vehabidir. Destekleyenlerde vehabidir. Ne oldu bes indiye kimi 1000 muselman bokscu qalib geldi heckim danismadi amma bu vehabi qalib geldi hami sevindi. insan gerek merd olsun.

    Cavab yaz
  • Anonim
    $.$.$. · 6 Dekabr 17:3112

    ŞİDDƏTİ YAYMAQ OLMAZ !

    Cavab yaz
  • Anonim
    Dopu · 6 Dekabr 17:3640

    16:41 sizin düşüncəniz sifirdir.....Paxill insan gir youtbe baxx......Kaşki bütün qadinlara Habib kimi əsl kişi ogul qismət ola.......Allahim sən eləə İgidi qoru.Amin İnşallah.........

    Cavab yaz
    • Anonim
      Murad · 6 Dekabr 17:4015

      Guya senin dusuncen var. Men hec de paxil deyilem.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.