İdman

"Liverpul"dan tarixi rekord

6 Dekabr 2018 15:08
0 Şərh     Baxış: 1 106
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasının XV turunda səfərdə "Börnli"ni 3:1 hesabı ilə məğlub edən "Liverpul" klubu yeni rekord müəyyənləşdirib. 

Milli.Az report-a istinadən xəbər verir ki, bu qələbədən sonra komanda 126 illik tarixi ərzində çempionatda ən yaxşı başlanğıcını edib. 

Yurgen Kloppun baş məşqçilik etdiyi kollektiv 15 matçın 12-də qələbə qazanıb və üç qarşılaşmada heç-heçə edib. 

Qeyd edək ki, "Liverpul" 1892-ci ildə yaranıb. Komanda hazırda 39 xalla turnir cədvəlində 2-ci sıradadır. "Mançester Siti" isə 41 xalla 1-ci yerdədir. "Mersisaydlılar" XVI turda "Bornmut"un qonağı olacaq. Dekabrın 8-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 16:30-da start götürəcək. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.