İdman

"Neftçi"nin ulduzu fəhlə və satıcı işləyib

6 Dekabr 2018 12:25
0 Şərh     Baxış: 564

"Neftçi"nin hücumçusu Dario Frederikonun futbolu valideynlərinin tələbi ilə seçdiyi məlum olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, braziliyalı forvarda 18 yaşında ikən ultimatum gəlib. Valideynləri ona "Ya futbolu seçməlisən, ya da ənənəvi işləri" deyib. Supermarketdə bir neçə ay işlədikdən sonra Dario "Korintians"ın oyunçusu olaraq, valideynlərinin arzusunu gerçəkləşdirib.

Qeyd edək ki, Dario Frederiko tikintidə də işləyib. O, "Korintians"dan əvvəl "Union San-Juan" klubunda baxışda olub. "Sambaçı"nın ilk peşəkar klubu isə "Flamenqo" olub. Frederiko legioner karyerasını ilk dəfə 2015 - 2017-ci illərdə "Kəpəz"də yaşayıb. "Neftçi"yə isə o, 2018-ci ilin yayında Cənubi Koreya "Seonqam"ından keçib. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.