İdman

Millimizin elit-raunddakı rəqibləri müəyyənləşdi - YENİLƏNİB

6 Dekabr 2018 14:24
0 Şərh     Baxış: 584

14:24

Bu gün İsveçrənin Nyon şəhərində 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 2019/2020-ci il mövsümünün ilkin seçmə mərhələsinin püşkü atılıb.

Milli.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, püşkün nəticəsinə əsasən, yığmamız Çexiya, Norveç və San Marino komandaları ilə 7-ci qrupda mübarizə aparacaq.

Qeyd edək ki, bu qrupun oyunları 2019-cu il oktyabrın 9-dan 15-dək Çexiyada təşkil olunacaq.

----------
11:58

Bu gün 19 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunun püşkatma mərasimi keçiriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, püşk zamanı C səbətində yer alan Azərbaycan millisinin də rəqibləri müəyyənləşəcək.

İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Tədbirdə 28 komanda 7 qrupa bölünəcək.

A səbəti: Portuqaliya, Almaniya, Yunanıstan, İspaniya, İtaliya, İrlandiya, Fransa

B səbəti: Şotlandiya, Serbiya, İsrail, Rusiya, Çexiya, Macarıstan, Hollandiya

C səbəti: İngiltərə, Ukrayna, Türkiyə, Uels, İsveçrə, Azərbaycan, Norveç

D səbəti: Belçika, Xorvatiya, Rumıniya, Sloveniya, Danimarka, Polşa, Kipr

Qeyd edək ki, elit-raundun oyunları 2019-cu ilin yazında keçiriləcək. Qalib komandalar Ermənistanda oynanılacaq final mərhələsinə yüksələcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.