İdman

Azərbaycan Kuboku - "Sabah", "Səbail", "Sumqayıt" və "Keşlə" 1/4 finalda - YENİLƏNİB

6 Dekabr 2018 19:22
0 Şərh     Baxış: 1 010

19:22

Bu gün Azərbaycan kubokunda yeni mövsümə start verilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 12 komandanın iştirak etdiyi turnir 1/8 final mərhələsindən başlayıb.

"Sabah" "Ağsu"ya 3:0 hesabı ilə qalib gələrək 1/4 finalda "Qəbələ"yə rəqib olub. "Kəpəz"i 4:0 hesabı ilə məğlub edən "Səbail" növbəti mərhələdə "Zirə"  ilə qarşılaşacaq.  "Sumqayıt" isə "Qaradağ Lökbatan"ı darmadağın edib - 4:0. Bu komanda isə 1/4 finalda "Neftçi" ilə üz-üzə gələcək.

1/8 finalın son oyununda isə "Keşlə" "Şüvəlan"ın qonağı olub. Rəqibini 3:0 hesabı ilə məğlub edən Tərlan Əhmədovun komandası adını 1/4 finala yazdırıb. Paytaxt klubu bu mərhələdə "Qarabağ"la qarşılaşacaq.


6 dekabr (cümə axşamı)

Azərbaycan kuboku

1/8 final


13:30. "Ağsu" - "Sabah" - 0:3
Qollar: 
Bəxtiyar Soltanov, 6, Vitali Kvaşuk, 26, Emil Qasımov, 75
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Müslüm Əliyev, İnqilab Məmmədov
Ağsu şəhər stadionu

 

13:30. "Kəpəz" - "Səbail" - 0:4
Qollar:  Tome Kitanovski, 11, Aqşin Qurbanlı, 41, Orxan Qurbanlı, 62, Ağabala Ramazanov, 79
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elxan Əsgərzadə, Rəşad Əhmədov
Gəncə şəhər stadionu

13:30. "Qaradağ Lökbatan" - "Sumqayıt" - 0:4
Qollar: Nicat  Qurbanov, 14, Süleyman Əhmədov, 29, Ülvi İsgəndərov, 69, 84
Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Pərvin Talıbov, Vüqar Həsənli
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

17:00. "Şüvəlan" - "Keşlə" - 0:3 
Qollar:
 Əzəmət Ələkbərli, 47 (0:1), Vaqif Cavadov, 50 (0:2), Andre Klennon, 85 (0:3)
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Nicat İsmayıllı
"AZAL Arena"


1/4 finalda qarşılaşacaqlar

15-19 dekabr

"Neftçi" - "Sumqayıt"

"Zirə" - "Səbail"



16-20 dekabr


"Qəbələ" -  "Sabah"

"Qarabağ" - "Keşlə"

19:21

Bu gün Azərbaycan kubokunda yeni mövsümə start verilib.

1/8 finalın son oyununda "Keşlə" "Şüvəlan"ın qonağı olub.  

"Şüvəlan" - "Keşlə" 0:3

Qol: Əzəmət Ələkbərli, 47-öz qapısına. Vaqif Cavadov, 15-pen. Andre Klennon, 85.\

---------

15:49

Bu gün Azərbaycan kubokunda yeni mövsümə start verilib.

Milli.Az xəbər verir ki, 12 komandanın iştirak etdiyi turnir 1/8 final mərhələsindən başlayıb.

"Sabah" "Ağsu"ya 3:0 hesabı ilə qalib gələrək 1/4 finalda "Qəbələ"yə rəqib olub. "Kəpəz"i 4:0 hesabı ilə məğlub edən "Səbail" növbəti mərhələdə "Zirə" ilə qarşılaşacaq. "Sumqayıt" isə "Qaradağ Lökbatan"ı darmadağın edib - 4:0. Bu komanda isə 1/4 finalda "Neftçi" ilə üz-üzə gələcək.

1/8 finalın son oyununda "Keşlə" "Şüvəlan"ın qonağı olacaq.  

Azərbaycan kuboku
1/8 final
6 dekabr (cümə axşamı)


"Ağsu" - "Sabah" - 0:3
Qollar: Bəxtiyar Soltanov, 6, Vitali Kvaşuk, 26, Emil Qasımov, 75 

"Kəpəz" - "Səbail" - 0:4
Qollar: Tome Kitanovski,11, Aqşin Qurbanlı, 41, 62, Ağabala Ramazanov, 77 

"Qaradağ Lökbatan" - "Sumqayıt" - 0:4
Qollar: Nicat Qurbanov, 14, Süleyman Əhmədov, 29, Ülvi İsgəndərov, 69, 86  

---------

09:45

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2018/19 mövsümünə start veriləcək.

Milli.Az sport24.az-a istinadən xəbər verir ki, 8 komandanın iştirakı ilə keçiriləcək 1/8 final mərhələsində 4 oyun baş tutacaq. 

Bu mərhələdə üz-üzə gələcək cütlərdən yalnız biri əvvəllər kubokda görüşüb. Söhbət "Şüvəlan" - "Keşlə" cütündən gedir. Lakin bu klublar da əvvəlki adlarının dövründə qarşılaşıblar. 2010/11 mövsümündə "Şüvəlan" AZAL, "Keşlə" isə "İnter" adlandığı zaman üz-üzə gəlib. Yarımfinalda qarşılaşan komandaların duelində ilk oyun qolsuz başa çatsa da, cavab görüşündə "İnter" 1:0 hesabıyla qalib gəlməklə finala yüksəlib. Elə bu dəfə də elitada mübarizə aparan "Keşlə"nin mərhələ adlaması gözlənilir.

Digər cütlər isə tarixlərində ilk dəfə ölkə kubokunda üz-üzə gəlirlər. "Sabah" "Ağsu"nu, "Sumqayıt" "Qaradağ Lökbatan"ı, "Səbail" də "Kəpəz"i mübarizədən kənarlaşdırmağa çalışacaq.

Azərbaycan Kuboku
1/8 final mərhələsi
6 dekabr

Ağsu - Sabah
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Müslüm Əliyev, İnqilab Məmmədov.
Ağsu şəhər stadionu, 13:30.

Kəpəz - Səbail
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elxan Əsgərzadə, Rəşad Əhmədov.
Gəncə şəhər stadionu, 13:30

Qaradağ Lökbatan - Sumqayıt
Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Pərvin Talıbov, Vüqar Həsənli.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 13:30.

Şüvəlan - Keşlə
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Nicat İsmayıllı.
Şüvəlan. "AZAL Arena", 17:00.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.