"Sent-Etyen"nin futbolçusu Nevan Subotiç ağır zədə alıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, serbiyalı müdafiəçi Fransa Liqasının 16-cı turunun "Bordo" ilə matçında ciddi xəsarət allıb.
Hava mübarizəsi zamanı topu təhlükəli zonadan uzaqlaşdırmaq istəyən komanda yoldaşı - qapıçı Stefan Ruffye dizi ilə Subotiçin başına zərbə eindirib.
Nəticədə yerə düşən futbolçunun başından qan açılıb. Huşunu itirən müdafiəçi xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, görüş "Bordo"nun qələbəsi ilə yekunlaşıb - 3:2.
Milli.Az