İdman

Boks yığmamızda baş məşqçi dəyişikliyi

26 Noyabr 2018 12:48
0 Şərh     Baxış: 934
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın kişi boksçulardan ibarət milli komandasında baş məşqçi dəyişikliyi olub. 

Milli.Az-a federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı baş məşqçi Leonid Loivski istefaya göndərilib. Onu Vaqif Şirinov əvəzləyib. Şirinov ən azı 2020-ci il Tokio Yay Olimpiya Oyunlarınadək millinin sükanı arxasında olacaq. Komandada böyük məşqçi funksiyasını isə yenə Nəriman Abdullayev yerinə yetirəcək.

Qeyd edək ki, Vaqif Şirinov bu təyinatadək gənclərdən ibarət yığmaya rəhbərlik edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.