İdman

"Barselona" PSJ-nin futbolçusunu transfer edir

20 Noyabr 2018 16:12
0 Şərh     Baxış: 1 271
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona" heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Milli.Az xəbər verir ki, Kataloniya təmsilçisi PSJ-nin yarımmüdafiəçisi Adrian Rabyonu transfer etməyə yaxındı.

Paris klubu ilə müqaviləsi 2019-cu ilin yayında bitəcək futbolçu ilə yeni sözləşmə imzalamayıb. Belə ki, o, PSJ-dən maaşının artırılmasını tələb edir. Lakin rəhbərlik fransalı yarımmüdafiəçinin bu tələbini qəbul etməyib. Belə olan halda Rabyonun PSJ-dən ayrılacağı ehtimal olunur.

23 yaşlı futbolçu artıq "Barselona" rəsmiləri ilə danışıb və "Kamp Nou"da oynamaq istədiyini bildirib. "Barsa" yayda azad agent statusunda olacaq futbolçunu təzminat ödəmədən heyətinə qata biləcək.

Qeyd edək ki, Rabyo 2012-ci ildən PSJ-də çıxış edir. O, Paris təmsilçisinin heyətində meydana çıxdığı 148 oyunda 13 qol vurub.

Elçin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.