İdman

UEFA Millətlər Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulub

21 Noyabr 2018 07:35
0 Şərh     Baxış: 2 502

UEFA Millətlər Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulub.

Milli.Az "report"-a istinadən bildirir ki, VI turun sonuncu oyun günündə 4 liqada ümumilikdə 7 görüş təşkil olunub. Bu nəticələrdə sonra növbəti mərhələyə yüksələn sonuncu 4 komandanın adına aydınlıq gəlib.

A Liqasının III qrupunda keçirilmiş Portuqaliya - Polşa matçında qalib müəyyənləşməyib - 1:1. Bu görüşün nəticəsi heç bir əhəmiyyət kəsb etməyib. Portuqaliya növbəti mərhələni öncədən təmin edib, qonaq komanda isə aşağı liqaya düşüb.

B Liqasının II qrupunda İsveç Rusiyanı qəbul edib. Şimal qonşumuz bu görüşdə rəqibinə məğlub olub - 0:2. İsveç yığması qələbə sayəsində "play-off"a yüksəlib.

C Liqasında isə 3 oyun baş tutub. I qrupunda Şotlandiya evdə İsraillə münasibətlərə aydınlıq gətirib. Rəqibinə qalib gələn Şotlandiya növbəti mərhələyə vəsiqə qazanıb.

IV qrupda isə Monteneqro evdə Rumıniya, Serbiya isə Litva ilə qarşılaşıb. Rəqibini 4:1 hesabı ilə üstələyən serblər növbəti oyunun nəticəsindən aslı olmayaraq final mərhələsinə vəsiqəni təmin edib.

D Liqasının III qrupunda Azərbaycan millisi səfərdə Kosovoya 0:4 hesabı ilə uduzub. Kosovo yığması qrup birincisi kimi növbəti mərhələyə yüksəlib. Qrupun digər matçında isə Malta evdə Farer adaları ilə heç-heçə edib - 1:1.

UEFA Millətlər Liqası,VI tur

A Liqası

3-cü qrup

23:45. Portuqaliya - Polşa - 1:1

Qol: Andre Silva, 34 - Arkadiuş Milik, 66

Xal durumu: Portuqaliya - 8 xal (4 oyuna), İtaliya - 5 (4), Polşa - 2 (4)

B Liqası

2-ci qrup

23:45. İsveç - Rusiya - 2:0

Qol: Viktor Lindelöf, 41. Markus Berq, 72

Xal durumu: İsveç - 7 (4 oyuna) Rusiya - 7 xal (4), Türkiyə - 3 (4)

C Liqası

1-ci qrup

23:45. Şotlandiya - İsrail - 3:2

Qollar: Ceyms Forrest, 34; 43. Ceyms Forrest - Beram Kayal, 9. Eran Zahavi, 75

Xal durumu: Şotlandiya - 9 (4 oyuna), İsrail - 6 xal (4), Albaniya - 3 (4)

4-cü qrup

23:45. Monteneqro - Rumıniya - 0:1

Qol: George Tukudyan, 44

23:45. Serbiya - Litva - 4:1

Qol: Arturas Julpa, 51 (öz qapısına). Aleksandr Mitroviç, 58. Aleksandr Priyoviç, 71. Adem Lyaiç, 74 - Deymantas Petraviçyus, 64

Xal durumu: Serbiya - 14 xal (6 oyuna), Rumıniya - 12 (6), Monteneqro - 7 (6), Litva - 0 (6)

D Liqası

3-cü qrup

23:45. Kosovo - Azərbaycan - 4:0

Qol: Arber Zeneli, 2; 50, 76. Amir Rrahmani, 61

23:45. Malta - Farer adaları - 1:1

Qollar: Xuan Korbolan, 4 - Rene Yönsen, 3

Xal durumu: Kosovo - 14 xal (6 oyuna), Azərbaycan - 9 (6), Farer adaları - 5 (6), Malta - 3 (6).

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.