İdman

"Erməni olduğu üçün onunla güləşəndə həyəcanlı idim" - Dünya üçüncümüz

20 Noyabr 2018 14:18
0 Şərh     Baxış: 1 534
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məlum olduğu kimi, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilərin (U-23) dünya çempionatı başa çatıb. Sərbəst güləş millimiz bu yarışdan üç medalla qayıdıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 92 kq çəki dərəcəsində dünya çempionu olmuş Şamil Zubairov təəssüratlarını bölüşüb:

"Dünya çempionatında beş görüş keçirdim. Mən baş məşqçim Firdovsi Umudovla bu dünya çempionatının qızıl medalını qazanmaq üçün hər şeyi etdim".

65 kq-da gümüş medal qazanmış Əli Rəhimzadə isə bunları bildirib:

"Bildiyiniz kimi, dünya çempionatında güclü rəqiblər olur. Bu yarışa hazırlaşmaq üçün 5-6 təlim-məşq toplanışı keçmişdik. Finalda yapon idmançısı ilə qarşılaşdım. Çox gərgin görüş keçdi. Rəqibim çox təcrübəli idi. Bu görüşdə məşqçilərin verdiyi taktikanı düzgün yerinə yetirə bilmədiyim üçün məğlub oldum. İnşallah, çalışacağam ki, gələcəkdə bu gümüş medalı qızılla əvəzləyim. Mənə dəstək olan bütün insanlara təşəkkürümü bildirirəm".

86 kq-da bürünc medala yiyələnmiş Murad Süleymanov isə erməni Hovannes Mxitaryan ilə ilk güləşindən danışıb:

"İlk görüşüm erməni güləşçi ilə idi. Erməni olduğu üçün onunla güləşəndə həyəcanlı idim. Amma sonda ona qalib gəldim. Bürünc medal uğrunda görüşdə isə kanadalı idmançını yendim. Çəkimi dəyişmək fikrim yoxdur. İstəyirəm ki, daha yaxşı nəticə verib elə bu çəki ilə Olimpiadada təmsil olunum".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.