İdman

"Milan" Poqbanı transfer edir

20 Noyabr 2018 14:02
0 Şərh     Baxış: 1 213
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son ay ərzində dörd mərkəz müdafiəçisinin üçünü zədə səbəbindən itirən "Milan" müdafiəçi axtarışındadır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Milan"ın müdafiəçiləri Kaldara və Musakkiyo zədələndikdən sonra kapitan Romanyoli də zədələnib. "Rossoneri"lərin idman direktoru Leonardo artıq yeni müdafiəçi axtarışındadır.

Qış transfer pəncərəsinə bir ay müddət qaldığını nəzərə alaraq "Milan" azad agent qismində olan oyunçularla maraqlanmağa başlayıb. Hal-hazırda əsas namizəd kimi "Gənclərbirliyi"nin keçmiş futbolçusu, məşhur futbolçu Pol Poqbanın qardaşı olan Florentin Poqba göstərilir.

Florentin may ayında "Gənclərbirliyi"nin oyunu zamanı simulyasiya edərkən, onu komanda yoldaşları tənqid edəndən sonra klubla olan müqaviləsinə xitam vermişdir.

Xatırladaq ki, 28 yaşlı Florentin "Gənclərbirliyi"dən öncə fransanın "Sent-Etyen" klubunda çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.