İdman

"Qalatasaray"a daha bir şok - O da zədələndi

19 Noyabr 2018 14:16
0 Şərh     Baxış: 1 160
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zədəli futbolçuların çox olmasından əziyyət çəkən "Qalatasaray" daha bir aparıcı oyunçusunu itirib.

Milli.Az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Yunes Belhanda da sıradan çıxıb.

Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Kamerunla matçda (2:0) zədələnən 28 yaşlı futbolçunun durumu ciddidir. Oyunun 45-ci dəqiqəsində zədələnib meydandan çıxan Belhandanın 6 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Qeyd edək ki. "Qalatasaray"da Yuto Naqatomo, Sərdar Aziz, Sinan Gümüş, Ərən Dərdiyok zədəli, Rayan Donk, Badu Ndiaye və Qarri Rodriqes isə cəzalıdır.

Elçin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.