İdman

Qrizmann "Barselona"dan niyə imtina edib?

19 Noyabr 2018 15:03
0 Şərh     Baxış: 1 302
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Atletiko"nun hücumçusu Antuan Qrizmann "Barselona"dan imtinasının səbəblərini açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransız çətin bir qərar verməli olduğunu etiraf edib. "Kataloniya klubu məni heyətdə görmək istəyirdi. Tez-tez zəng edir, xəbər göndərirdilər. "Barselona"dan imtina etmək asan deyildi. Çətin qərar verməli oldum. "Atletiko"da uzun illərdi oynayıram. Komanda yoldaşlarım, klub rəhbərliyi burada qalmağım üçün əlindən gələni etdi. Danışıqlar apardım. Məvacibim artırıldı. Hiiss etdim ki, "Atletiko" mənim evimdir. Evdən gedə bilməzdim",- Qrizmann deyib. 

Xatırladaq ki, "Barselona" ötən il fransalı hücumçunu əldə etmək istəyirdi. Kataloniya klubu 100 milyon avro ödəməyə hazır idi. Lakin hücumçu indiki klubunu seçdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.