İdman

Baş məşqçi Müllerə pivə qonaqlığı verəcək

19 Noyabr 2018 12:15
0 Şərh     Baxış: 1 234
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya millisi bu gün Millətlər Liqasında Hollandiya yığmasını qəbul edəcək. Almanların hücumçusu Tomas Müller millinin heyətində 100-cü matçına çıxa bilər. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Yoahim Löv yubiley matçına görə Müllerə pivə alacağını bildirib. "Tomas əla futbolçudur. Hörmətə layiqdir. Nadir hallarda zədələnir. Komanda üçün vacib insandır. 100-cü oyuna çıxmağa hazırlaşır. Bu münasibətlə ona pivə alacağam", - baş məşqçi deyib. 

"Bavariya"nın hücumçusu millidə 99 oyunda iştirak edib, 38 qol vurub, 36 məhsuldar ötürmə edib. 2014-cü ilin dünya çempionudur.

Almaniya millisi turnir cədvəlində sonuncu yerdədir. Qrupdan çıxmaq şansını itirib. Hollandlara isə, bu oyunda hec-heçə bəs edir ki, pley-off mərhələsinə yüksəlsin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.