İdman

Millimiz Kosovoya çatıb - FOTO

18 Noyabr 2018 23:47
2 Şərh     Baxış: 1 778
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Millətlər Liqasında Kosovo ilə keçirəcəyi VI tur matçı ilə əlaqədar səfərə çıxan Azərbaycan yığması Priştina şəhərinə çatıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Bolqarıstanın VİA aviaşirkətinə məxsus çarter reysli təyyarə 3 saatlıq uçuşdan sonra ünvana çatıb.

Azərbaycan nümayəndə heyəti Hava limanından otelə yollanıb. Bu gün istirahət edəcək yığma üzvləri noyabrın 19-da Fadil Vokkri adına stadionda məşqə çıxacaq. Baş məşqçi Qurban Qurbanov Bakı vaxtı ilə saat 21:30-da futbolçulardan biri ilə mətbuat konfransı keçirəcək. Elə həmin arenada noyabrın 20-də təşkil olunacaq qarşılaşma saat 23:45-də başlanacaq.

Qeyd edək ki, hazırda Kosovo paytaxtında qarlı hava şəraiti müşahidə olunur.

Bundan əvvəl Azərbaycan yığması Farer adaları millisini məğlub edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.