İdman

Rusiyalı gimnast: Məşqçinin qarşımıza qoyduğu vəzifəni yerinə yetirdik

18 Noyabr 2018 20:39
Baxış: 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşqçinin bizim qarşımıza qoyduğu vəzifəni yerinə yetirdik.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə akrobatika gimnastikası üzrə Dünya Kubokunun kişi cütlüyü tərkibində Timofey İvanov ilə birgə "qızıl" medalını qazanan Maksim Karavayev deyib.

M.Karavayev bildirib: "Biz etməli olduqlarımızın hamısını etdik. Məşçinin qarşımıza qoyduğu vəzifəni yerinə yetirdik və ümid edirik ki, o, razı qalacaq. Bundan sonra da üzərimizdə işləyəcəyik".

Rusiyalı gimnast vurğulayıb ki, Bakıdakı yarışlar ən yüksək səviyyədə təşkil olunub: "Kubokun təşkili və Bakıda Milli Gimnastika Arenaslı - möhtəşəmdir".

M.Karavayev qeyd edib ki, idmanda əhəmiyyətli nailiyyətlər yalnız gərgin məşqlər sayəsində mümkündür: "Nəticə yalnız məşqlərdən asılıdır. Ötən gün Azərbaycan Gimnastika Federasiyasının "AGF Trophy" mükafatına layiq görüldükdən sonra biz daha bir mükafat qazanmaq istədik. Və biz bunun üçün bütün gücümüzü ortaya qoyduq".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastiak Arenasında Akrobatika gimnastikası üzrə Dünya Kubokunun finalları keçirilib.

17-18 noyabr Bakıda ilk dəfə olaraq akrobatika gimnastikası üzrə Dünya Kuboku keçirilib. Beynəlxalq turnirdə Belarus, İsrail, Qazaxıstan, Hindistan, Rusiya və Ukrayna komandaları təmsil olunub.

Ötən gündən Milli Gimnastika Arenasında başlayan yarışlarda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparıblar.

Gimnastikanın ən maraqlı və həyəcanlı növlərindən biri olan akrobatika gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan komandasının heyətində son Avropa çempionatının bürünc medalçıları, qarışıq cütlüklərimiz Abdulla Əl-Məşayxi - Ruhidil Qurbanlı və Ağasif Rəhimov - Nurcan Cabbarlı çıxış ediblər. Kişi cütlükləri proqramında isə Dünya Yaş Qrupu Yarışlarının (2016-cı il) gümüş medalçıları Seymur Cəfərov - Murad Əkpərov ən yaxşı yer uğrunda mübarizə aparıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.