İdman

Qol vura bilmədik, ancaq - Mançini

18 Noyabr 2018 19:43
0 Şərh     Baxış: 1 048
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə İtaliya yığmasının baş məşqçisi Roberto Mançini UEFA Mİllətlər Liqasında Portuqaliyayla qolsuz bərabərə qaldıqları oyundan sonra fikirlərini bildirib.

Milli.Az komanda.az-a istinadən bildirir ki, Mançini İtaliya mətbuatına açıqlamasında məğlubiyyəti belə şərh edib:

"Futbolda ən vacib olan qoldur. Biz oyunu idarə etdik, topla çox oynadıq. 90 dəqiqə rəqibi təzyiq altında saxlamaq çox çətindir. Nəticədə oynayan tərəf İtaliya idi. Qol vura bilmədik.

Sürətli inkişaf etdiyimiz göz qabağındadı. Bu gün də Nikolas Barella, Marko Verrati yaxşı oyun sərgiləyirdi. Lakin bu gün qələbə qazana bilmədik. Ancaq gənc futbolçularımız üçün dəyərli təcrübə oldu".

İtaliya Millətlər Liqasında Portuqaliya bərabərliyindən sonra qrupda lider olmaq şansını itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.