İdman

Kosovonun baş məşqçisi: "Azərbaycanla qarşılaşma final olacaq"

18 Noyabr 2018 14:39
0 Şərh     Baxış: 1 208
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Komandamızın bütün oyun ərzində mübarizə əzmi məni sevindirdi. Rəqib ikinci hissənin ortalarınadək bizə problemlər yaratdı. Lakin ikinci qoldan sonra hər şey asanlaşdı. 5 qol vurduğumuz üçün şadam. Çünki əvvəlki oyunlarda qol sarıdan əziyyət çəkirdik".

Milli.Az Report-a istinadən bildirir ki, bunu Kosovo yığmasının baş məşqçisi Bernar Şalland səfərdə Maltaya 5:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının V tur matçından sonra deyib. İsveçrəli mütəxəssis püşkatmadan sonra təqvimi və oyunların qrafikini gördükdən sonra Azərbaycanla qarşılaşma final olacağını bildirib.

O, belə bir anın yetişməsinə sevindiyini vurğulayıb: "İndi bizim əsl həqiqətdə hansı keyfiyyətlərə malik olduğumuzu görmək imkanımız var".

Qeyd edək ki, D Liqasının 3-cü qrupuna 5 turdan sonra 11 xalla Kosovo başçılıq edir. Azərbaycan 9 xalla 2-ci pillədə qərarlaşıb. Son turda bu iki komanda Priştinadakı Fadil Vokkri adına stadionda üz-üzə gələcək. Noyabrın 20-də keçiriləcək görüşdə Azərbaycan millisi yalnız qələbə təqdirində C Liqasına və pley-offa yüksələcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.