İdman

Rusiyalı məşqçi: "Biz Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunda iştirak etməyi çox istəyirdik"

18 Noyabr 2018 13:51
Baxış: 633
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biz Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunda iştirak etməyi çox istəyirdik.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə rusiyalı gimnastlar Darya Çebulanka, Anastasiya Parşina və Kseniya Zaqoskinanın məşqçisi İrina Sryabina bildirib.

İ.Skryabina deyib: "Biz Bakıda ilk Avropa Oyunlarında olmuşuq. Burada yarışlar çox yüksək səviyyədə keçirilir, ona görə də biz Bakıda yenidən çıxış etməyi çox istəyirdik. Akrobatika gimnastikası üzrə Kubok çox gözəl təşkil edilib, bütün insanlar çox mehribandır, hər şeydə kömək edirlər, hər şey yüksək səviyyədə keçir".

Öz tələbələrinin Bakıdakı yarışlara hazırlıqlarından danışan rusiyalı məşqçi qeyd edib ki, Kseniya Zaqoskinanın zədəsinə baxmayaraq gimnastlar pis çıxış etmir: "Biz yarışlara hazırlaşırdıq, amma Kseniya Zaqoskinanın kifayət qədər ciddi zədəsi var idi və indiyədək tam bərpa olmayıb. Biz Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunda iştirak etməyi çox istəyirdik".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastiak Arenasında Akrobatika gimnastikası üzrə Dünya Kubokunun finallarına start verilib.

17-18 noyabr Bakıda ilk dəfə olaraq akrobatika gimnastikası üzrə Dünya Kuboku keçirilir. Beynəlxalq turnirdə Belarus, İsrail, Qazaxıstan, Hindistan, Rusiya və Ukrayna komandaları təmsil olunur.

Ötən gündən Milli Gimnastika Arenasında başlayan yarışlarda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparırlar.

Gimnastikanın ən maraqlı və həyəcanlı növlərindən biri olan akrobatika gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan komandasının heyətində son Avropa çempionatının bürünc medalçıları, qarışıq cütlüklərimiz Abdulla Əl-Məşayxi - Ruhidil Qurbanlı və Ağasif Rəhimov - Nurcan Cabbarlı çıxış edirlər. Kişi cütlükləri proqramında isə Dünya Yaş Qrupu Yarışlarının (2016-cı il) gümüş medalçıları Seymur Cəfərov - Murad Əkpərov ən yaxşı yer uğrunda mübarizə aparırlar.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.