İdman

"Azərbaycanın səfərdə Kosovonu məğlub etməsi çox çətin olacaq" - Lars Olsen

17 Noyabr 2018 23:46
0 Şərh     Baxış: 1 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan millisini təbrik edirəm. Qəbul edirəm ki, rəqib daha güclü idi. Oyunu iki hissəyə bölmək olar. İlk yarıda yaxşı müdafiə olunduq, rəqib ciddi təhlükələr yaratmadı. Sadəcə, buraxılan kobud səhvlər qollar buraxmağımıza səbəb oldu. İkinci hissədə daha yaxşı oynasaq da, rəqib layiqli qələbə qazandı".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Farer adaları yığmasının baş məşqçisi Lars Olsen UEFA Millətlər Liqasında Azərbaycana Bakıda 0:2 hesabı ilə uduzduqları V tur matçından sonra mətbuat konfransında deyib.

Danimarkalı mütəxəssis bildirib ki, son turda Azərbaycanın səfərdə Kosovonu məğlub etməsi çox çətin olacaq:

"Maraqlı qarşılaşma olacaq. Evdə oynayacağını nəzərə alsaq, Kosovo güclü çıxış edəcək. Sizə uğurlar arzulayıram. Amma Kosovonu öz meydanında məğlub etmək çox çətindir".

Noyabrın 20-də Priştina şəhərində keçiriləcək Kosovo - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.