İdman

Millimizin ikinci sınağı

17 Noyabr 2018 10:55
0 Şərh     Baxış: 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün ikinci oyununu keçirəcək.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Tbilisi şəhərindəki Mixail Mesxi adına stadionda Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşma saat 17:00-da başlayacaq.

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk oyunda İsrailin müvafiq yaş qrupundan ibarət komandasına 1:4 hesabıyla məğlub olub.

AÇ-2019, seçmə mərhələ

17 noyabr

17:00 Azərbaycan - Gürcüstan

Baş hakim: Donatas Rumşas (Litva)
Baş hakimin köməkçiləri: Aleksandr Radius (Litva), Karel De Roker (Belçika)
Dördüncü hakim: Erik Lambrext (Belçika)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.