İdman

Azərbaycan Farer adalarına qalib gəldi - YENİLƏNİB - FOTO

17 Noyabr 2018 23:04
2 Şərh     Baxış: 3 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23:04

Bu gün UEFA Millətlər Liqasında 5-ci turun son oyunları keçirilib.

Milli.Az komanda.az-a istinadən bildirir ki, D Liqasının 3-cü qrupunda mübarizə aparan Azərbaycan millisi növbəti oyununa çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda son ev oyununda Farer adaları ilə qarşılaşıb. Səfərdə rəqibinə 3 cavabsız qolla qalib gələn Azərbaycan millisi evdə də qələbə üçün mübarizə aparıb. Qrupda son oyununu Kosovo millisi ilə səfərdə keçirəcək Azərbaycan yığmasına mütləq qələbə lazım idi. .

Bakı Olimpiya Stadionunda keçirilən görüşdə komandamız bu vəzifənin öhdəsindən gələ bilib və inamlı qələbəyə sevinib.

Qrupun digər görüşündə Malta Kosovo ilə üz-üzə gəlib və darmadağına sevinməklə liderliyini qoruyub.

UEFA Millətlər Liqası, 5-ci tur

17 noyabr

D Liqası, 3-cü qrup

Azərbaycan - Farer adaları 2:0

Qol: Dmitri Nazarov, 18. Mahir Mədətov, 28.

Hakimlər: Dimitrios Masias, Marios Kalogiru, İoannis Lazaru, Omiros Tsiortsis, Vasilis Dimitriu, Lukas Sotiryu (hamısı Kipr).
Hakim-inspektor: Volodimir Petrov (Ukrayna)
UEFA nümayəndəsi: Yaroslav Dudl (Çexiya)
Bakı Olimpiya Stadionu

Azərbaycan: 1. Kamran Ağayev (k), 2. Qara Qarayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev, 13. Dmitri Nazarov, 16. Rüfət Dadaşov, 17. Mahir Mədətov, 20. Riçard Almeyda, 21. Təmkin Xəlilzadə.

Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Səlahət Ağayev, 3. Ürfan Abbasov, 8. Emin Mahmudov, 9. Mirabdulla Abbasov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydayev, 14. Rahid Əmirquliyev, 15. Cavid İmamverdiyev, 18. Şəhriyar Əliyev, 19. Rahil Məmmədov, 22. Əfran İsmayılov.

Baş məşqçi: Qurban Qurbanov.

Farer adaları: 1. Gunnar Nilsen, 3. Vilyormur Davidsen, 4. Atli Qreqersen (k), 5. Raqnar Nattestad, 6. Hallur Hansson, 8. Brandur Hendriksson, 9. Gilli Rolantsson, 10. Solvi Vatnhamar, 15. Odmar Faero, 19. Roqvi Baldvinsson, 21. Klemint Olsen.

Ehtiyat oyunçular: 12. Teytur Gestsson, 23. Kristian Yonsen, 2. Maqnus Eqilsson, 7. Kay Bartalsstovu, 11. Heini Vatnsdal, 13. Arni Frederiksberq, 14. Meynhard Olsen, 17. Gunnar Vatnhamar, 18. Roi Davidsen, 20. Yoannes Byartalid, 22. Yakub Tomsen.

Baş məşqçi: Lars Olsen.

Malta - Kosovo 0:5

Qol: 
Vedat Muriqi, 15. Benjamin Kololli, 70. Donis Avdiyay, 78; 80. Milot Raşiça, 86.

1.

Kosovo

 

5

3

2

0

11:2

11

2.

Azərbaycan

5

2

3

0

7:2

9

3.

Farer adaları

5

1

1

3

4:9

4

4.

Malta

5

0

2

3

4:13

2

21:29

UEFA Millətlər Liqası, 5-ci tur

17 noyabr

D Liqası, 3-cü qrup

Azərbaycan - Farer adaları 2:0

Qol: Dmitri Nazarov, 18. Mahir Mədətov, 28.

Hakimlər: Dimitrios Masias, Marios Kalogiru, İoannis Lazaru, Omiros Tsiortsis, Vasilis Dimitriu, Lukas Sotiryu (hamısı Kipr).
Hakim-inspektor: Volodimir Petrov (Ukrayna)
UEFA nümayəndəsi: Yaroslav Dudl (Çexiya)
Bakı Olimpiya Stadionu

Azərbaycan: 1. Kamran Ağayev (k), 2. Qara Qarayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev, 13. Dmitri Nazarov, 16. Rüfət Dadaşov, 17. Mahir Mədətov, 20. Riçard Almeyda, 21. Təmkin Xəlilzadə.

Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Səlahət Ağayev, 3. Ürfan Abbasov, 8. Emin Mahmudov, 9. Mirabdulla Abbasov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydayev, 14. Rahid Əmirquliyev, 15. Cavid İmamverdiyev, 18. Şəhriyar Əliyev, 19. Rahil Məmmədov, 22. Əfran İsmayılov.

Baş məşqçi: Qurban Qurbanov.

Farer adaları: 1. Gunnar Nilsen, 3. Vilyormur Davidsen, 4. Atli Qreqersen (k), 5. Raqnar Nattestad, 6. Hallur Hansson, 8. Brandur Hendriksson, 9. Gilli Rolantsson, 10. Solvi Vatnhamar, 15. Odmar Faero, 19. Roqvi Baldvinsson, 21. Klemint Olsen.

Ehtiyat oyunçular: 12. Teytur Gestsson, 23. Kristian Yonsen, 2. Maqnus Eqilsson, 7. Kay Bartalsstovu, 11. Heini Vatnsdal, 13. Arni Frederiksberq, 14. Meynhard Olsen, 17. Gunnar Vatnhamar, 18. Roi Davidsen, 20. Yoannes Byartalid, 22. Yakub Tomsen.

Baş məşqçi: Lars Olsen.

Malta - Kosovo 0:1

Qol: 
Vedat Muriqi, 15.

19:54

Bu gün UEFA Millətlər Liqasında 5-ci turun son oyunları keçiriləcək.

Milli.Az komanda.az-a istinadən bildirir ki, D Liqasının 3-cü qrupunda mübarizə aparan Azərbaycan millisi növbəti oyununa çıxacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda son ev oyununda Farer adaları ilə qarşılaşacaq. Səfərdə rəqibinə 3 cavabsız qolla qalib gələn Azərbaycan millisi evdə də qələbə üçün mübarizə qaparacaq. Qrupda son oyununu Kosovo millisi ilə səfərdə keçirəcək Azərbaycan yığmasına mütləq qələbə lazımdır.

Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.

Qrupun digər görüşündə Malta Kosovo ilə üz-üzə gələcək.

UEFA Millətlər Liqası, 5-ci tur

17 noyabr

D Liqası, 3-cü qrup

21:00 Azərbaycan - Farer adaları

Hakimlər: Dimitrios Masias, Marios Kalogiru, İoannis Lazaru, Omiros Tsiortsis, Vasilis Dimitriu, Lukas Sotiryu (hamısı Kipr).
Hakim-inspektor: Volodimir Petrov (Ukrayna)
UEFA nümayəndəsi: Yaroslav Dudl (Çexiya)
Bakı Olimpiya Stadionu

Azərbaycan: 1. Kamran Ağayev (k), 2. Qara Qarayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev, 13. Dmitri Nazarov, 16. Rüfət Dadaşov, 17. Mahir Mədətov, 20. Riçard Almeyda, 21. Təmkin Xəlilzadə.

Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Səlahət Ağayev, 3. Ürfan Abbasov, 8. Emin Mahmudov, 9. Mirabdulla Abbasov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydayev, 14. Rahid Əmirquliyev, 15. Cavid İmamverdiyev, 18. Şəhriyar Əliyev, 19. Rahil Məmmədov, 22. Əfran İsmayılov.

Baş məşqçi: Qurban Qurbanov.

Farer adaları: 1. Gunnar Nilsen, 3. Vilyormur Davidsen, 4. Atli Qreqersen (k), 5. Raqnar Nattestad, 6. Hallur Hansson, 8. Brandur Hendriksson, 9. Gilli Rolantsson, 10. Solvi Vatnhamar, 15. Odmar Faero, 19. Roqvi Baldvinsson, 21. Klemint Olsen.

Ehtiyat oyunçular: 12. Teytur Gestsson, 23. Kristian Yonsen, 2. Maqnus Eqilsson, 7. Kay Bartalsstovu, 11. Heini Vatnsdal, 13. Arni Frederiksberq, 14. Meynhard Olsen, 17. Gunnar Vatnhamar, 18. Roi Davidsen, 20. Yoannes Byartalid, 22. Yakub Tomsen.

Baş məşqçi: Lars Olsen.

21:00 Malta - Kosovo

07:39

Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq.

Milli.Az "Report"a istinadən bildirir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Farer adaları komandasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 21:00-da start götürəcək. Yeni təsis edilən yarışda D Liqasında yer alan milli pley-off mərhələsinə yüksələmək və AVRO-2020-yə vəsiqə qazanmaq şansını saxlamaq üçün 3-cü qrupda birinci yeri tutmalıdır. Bu baxımdan son iki görüş həlledici xarakter daşıyır.

Qrup mərhələsində mübarizəyə Bakıda Kosovo ilə qolsuz heç-heçə etməklə başlayan yığma, Malta ilə hər iki dueldən 1:1 hesablı bərabərliklə ayrılıb. Əvəzində komanda Farer adalarını səfərdə 3 cavabsız qolla üstələməyi bacarıb. Oktyabrın 12-də Torshavnda baş tutmuş görüşdə Riçard Almeyda dubl etdiyi halda, Dimitri Nazarov bir qol vurub.

Farer adalarına gəlincə, skandinaviyalılar ilk qarşılaşmada Maltanı 3:1 hesabı ilə məğlub etsələr də, ardınca Kosovoya 2, Azərbaycana isə 3 cavabsız qolla uduzublar. Son turda Kosovo ilə evdə 1:1-lik bərabərə qalan farerlilər 4 xalla 3-cü sıradadırlar. Hazırda 3-cü qrupun lideri 8 xala malik Kosovodur. İkinci yerdəki Azərbaycanın 6, son sıradakı Maltanın 2 xalı var. Bu gün Azərbaycan evdə xal itirərsə, Kosovo səfərdə Maltaya qalib gəlməklə pley-offa vəsiqəni təmin edə bilər. Ona görə də milli Bakıda mütləq qalib gəlməli, 1-ci yerin taleyini Kosovo ilə səfər oyununa saxlamalıdır.

Farer adalarının baş məşqçisi Lars Olsen artıq start heyətini açıqlayıb:

Farer adaları (3-4-3): Qunnar Nilsen, Odmar Feryo, Atli Qreqersen, Sonni Raqnar Nattestad, Gilli Rolantsson Sörensen, Hallur Hansson, Roqvi Baldvinsson, Vilyormur Davidsen, Sölvi Vatnhamar, Brandur Hendriksson Olsen, Klemint Andrasson Olsen.

Qurbanov isə son 2 oyunda eyni "11-liy"ə üstünlük verib:

Azərbaycan (4-2-3-1): Kamran Ağayev, Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov, Pavlo Paşayev, Qara Qarayev, Riçard Almeyda, Araz Abdullayev, Mahir Mədətov, Dmitri Nazarov, Rüfət Dadaşov.

Farer adaları və Azərbaycanın əsas yığmaları indiyə qədər iki dəfə qarşılaşıblar. Milli son dueldə olduğu kimi, 27 fevral 1996-cı ildə Kiprin Larnaka şəhərində keçirilmiş yoldaşlıq matçında 3 cavabsız qola qalib gəlib. Oyunda son nöqtəni 30-cu dəqiqədə məhz Qurbanov qoyub.

Q.Qurbanov baş məşqçi kimi də farerliləri məyus etməyi bacarıb. Onun rəhbərlik etdiyi "Qarabağ" 2011/2012 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində "Streymur"u səfər qolu ilə mübarizədən kənarlaşdırıb - 0:0, 1:1.

Bundan başqa, Azərbaycanın U-21 yığmasının da Farer adaları yığması ilə yolu kəsişib. Bu komandalar AVR0-2008 və AVRO-2016-nın seçmə mərhələlirndə üz-üzə gəliblər. Birincisində adalılar öz meydanında 1:0 hesabı ilə qalib gəldikləri halda, Bakıda heç-heçə oynayıblar - 2:2. Növbəti dueldə isə Azərbaycan 1:0 hesablı səfər qələbəsinə sevinib, evdə isə heç-heçə edib - 1:1.

UEFA Millətlər Liqası

D Liqası, III qrup

V tur

21:00. Azərbaycan - Farer adaları

Hakimlər: Dimitrios Masias, Marios Kalogiru, İoannis Lazaru, Omiros Tsiortsis, Vasilis Dimitriu, Lukas Sotiryu (hamısı Kipr).

Hakim-inspektor: Volodimir Petrov (Ukrayna)

UEFA nümayəndəsi: Yaroslav Dudl (Çexiya)

Bakı Olimpiya Stadionu 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.