İdman

Gürcüstan - Azərbaycan oyununun hakimləri açıqlandı

16 Noyabr 2018 18:40
0 Şərh     Baxış: 861
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Gürcüstan - Azərbaycan oyununun hakimləri açıqlanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, oyunları Gürcüstanda keçirilən 1-ci qrupun II turunun sabah baş tutacaq görüşünü Litva və Belçikadan olan hakimlər idarə edəcək.

Qarşılaşmanın baş hakimi Donatas Rumsas və köməkçilərdən biri - Aleksandr Radius Litva təmsilçiləridir. Digər yan xətt hakimi Karel De Roker və dördüncü referi Erik Lambrext isə Belçikadandır.

Qeyd edək ki, Tiflisdəki Mixail Mesxi adına stadionda keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.