İdman

"Barselona"dan Neymara "yaşıl işıq" - "Qayıtmaq istəsə, ona heç kim mane olmayacaq

16 Noyabr 2018 18:20
0 Şərh     Baxış: 981
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın baş meneceri Pep Sequra Neymarın yenidən kluba dönəcəyini istisna etməyib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, menecer braziliyalının dönüşünə heç bir əngəl olmadığını deyib.

"Düzdür, indi bu məsələ müzakirə olunmur. Pul xətrinə "Barselona"dan gedən gənc futbolçu bir daha kluba qayıda bilməz. Bu prinsip həmişə gözlənilir. Amma Neymarla bağlı vəziyyət tam başqadır. Braziliyalı peşəkardır. Futbolda "bişib". Qayıtmaq istəsə, "Barselona"da ona heç kim mane olmayacaq. Neymarın dəyəri transfer bazarından asılı ola bilməz".

"Sambaçı" Kataloniya klubunun heyətində 4 mövsüm oynayıb. Keçən ilin yayında 222 milyon avroya PSJ-yə keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.