İdman

"Barselona"nın futbolçusu məhkəməyə verildi - Kirayə pulunu ödəmədiyinə görə

16 Noyabr 2018 14:27
0 Şərh     Baxış: 1 247
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "Barselona" klubunun futbolçusu Usman Dembele məhkəməyə verilib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, səbəb 21 yaşlı hücumçunun Almaniyanın "Borussiya" (Dortmund) komandasında çıxış etdiyi vaxt icarədə qaldığı evin məvacibini ödəməməsi və yaşadığı yeri pis vəziyyətdə qoymasıdır. Dembele bununla yanaşı, evin açarlarını da itirib.

Mülkün sahibi Gerd Vayzenberq evə gəldikdən sonra orada xeyli zibil görüb və soyuducuda çürük yemək tapıb. Vayzenberq fransalı oyunçudan borcuna görə 15 min avro, dəymiş ziyan üçün isə 5 min avro təzminat tələb edir.

Qeyd edək ki, Usman Dembele 2017-ci ilin yay transfer pəncərəsində "Borussiya"dan "Barselona"ya keçib. O, Kataloniya təmsilçisinin heyətində cari mövsümdə 11 oyuna 4 qol vurub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.